Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti bir nəfər üçün 6100 ABŞ dolları müəyyən edilib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, qiymətin az miqdarda artma ehtimalı da istisna deyil:
"Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.