Minkənd yaxınlığında yanğın

Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Mürəkkəb relyef və küləkli hava şəraiti yanğının söndürülməsində çətinlik yaradıb. Buna baxmayaraq, alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.