Xocalı faciəsinin şahidi 34 il sonra qayıtdı

Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım Mahmudova 34 ildən sonra doğma torpağına qayıdıb.
Bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Ləfxanım Mahmudova ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.
1992-ci ildə 9 yaşında Xocalını tərk edən Ləfxanım bu gün ailəsi, övladları və nəvəsi ilə doğma yurduna qayıdıb.
“Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri bizə yaşadan cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun”, – deyə L.Mahmudova bildirib.
Qeyd edək ki, Ləfxanım Mahmudova Xocalı faciəsinin şahidi olub, ailəsi ilə birlikdə əsir düşüb və yaxınlarının itkisi ilə üzləşib.
Ayaqları soyuqdan donan 9 yaşlı Ləfxanım Ağdam xəstəxanasında müalicə olunarkən həkim Nərgiz ona bu adı verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.