AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər

  • + A
  • - A
  • Bu gün, 20:30

    Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər
    İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb və Xəzər dənizində İslam Respublikasına aid gəmiyə hücumu müzakirə ediblər.

    Bu barədə A. Əraqçi "Telegram" kanalında məlumat paylaşıb.

    "Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının yüksək səviyyəli sessiyası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçi ilə görüşüb", - məlumatda bildirilib.

    Qeyd olunub ki, görüşdə tərəflər gərginliklərin idarə olunması üçün diplomatiyanın əhəmiyyətini vurğulayıblar. "İki ölkənin xarici işlər nazirləri həmçinin ölkələr arasında əlaqə kanallarının qorunub saxlanmasını zəruri hesab edərək, münasibətlərin idarə olunması məqsədilə lazımi ikitərəfli addımların atılmasını qabardıblar", - Əraqçi yazıb.

    Tərəflər həmçinin Avropa və Yaxın Şərqdəki proseslər barədə fikir mübadiləsi apararaq, münasibətlərdə gərginliyin hər hansı formada artmasının qarşısını almaq məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər:

    "Həmçinin ikitərəfli məsələlər, xüsusilə də Xəzər dənizində İran gəmisinə qanunsuz hücum və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR