Lənkəranda 3 yaşlı uşağın döyüldüyü bildirilir

Lənkəranda 3 yaşlı uşağın xəsarət alması ilə bağlı araşdırma başlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində qeydə alınıb.
2023-cü il təvəllüdlü Ə.E. saat 05:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, azyaşlının sağ gözaltı nahiyəsində, sol qulağında, sifətində və kürək nahiyəsində qançırlar müəyyən edilib. Uşağa zəruri tibbi xidmətlər göstərilib, müalicəsi davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir.
Valideynləri uşağın digər uşaqlarla oynayarkən xəsarət aldığını bildiriblər. Bununla yanaşı, azyaşlının atalığı tərəfindən döyüldüyü barədə məlumat da var.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
“Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”, - deyə bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.