AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

  • + A
  • - A
  • Bu gün, 18:47

    Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib


    Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
    Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
    Tədbirdə çıxış edən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov şəhidlərimizin Vətən qarşısında göstərdiyi misilsiz qəhrəmanlıqdan, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağından danışıb. O, şəhid ailələrinə göstərilən diqqət və qayğının xüsusi önəm daşıdığını vurğulayıb.
    Qeyd olunub ki, səhiyyə işçiləri arasında da Vətən uğrunda övladını və doğmasını itirən şəhid anaları və ailə üzvləri var. Xəstəxananın əməkdaşları arasında şəhid Cəmil Həşimlinin anası Simuzər xanım, şəhid Adəm Əliyevin anası Akifə xanım, şəhid Fərid Məmmədovun anası Kifayət xanım və şəhid Əli Məmmədovun bacısı Nərmin xanım çalışır.
    Tədbirdə şəhid Cəmil Həşimlinin anası Simuzər xanım çıxış edərək oğlunun Vətən uğrunda şəhid olmasından, onun keçdiyi şərəfli döyüş yolundan və əziz xatirəsinin ailəsi üçün daim yaşayacağından danışıb.
    Həmçinin tədbirdə həkim-terapevt, müharibə veteranı və döyüşlərdə iştirak etmiş Rasim Əzizov çıxış edib. Rasim Əzizov Vətən uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman yaşadığı hadisələrdən, Azərbaycan əsgərinin göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açıb. O, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib.
    Tədbirdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib, onların ailələrinə səbir və dözüm arzulanıb.
    Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR