Ruben Vardanyan: Laçında saxlanılmasından 3 il keçir

Keçmiş separatçı rejimin “dövlət naziri” 20 il müddətinə həbs edilib
2023-cü il sentyabrın 27-də Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən üç il ötür.
Keçmiş separatçı rejimin “dövlət naziri” Ermənistana keçmək istəyərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
Sentyabrın 28-də onun barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət işi başlanıb.
Vardanyan sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərdə ittiham olunub.
Məhkəmə prosesi nəticəsində o, ittihamlar üzrə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.
Vardanyanın saxlanılması Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra separatçı rejimin fəaliyyətinin dayandırılması fonunda baş verib. Onunla yanaşı, keçmiş separatçı rejimin digər rəhbər şəxsləri də Azərbaycan tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.