AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Novxanıda 27 sentyabr Anım Günü ilə əlaqədar şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib

  • + A
  • - A
  • Bu gün, 18:09

    Novxanıda 27 sentyabr Anım Günü ilə əlaqədar şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib


    27 sentyabr 2026-cı il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib.

    Ehsan məclisindən öncə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət olunub, Uu Öndərin və şəhidlərin ruhuna dualar oxunub, qəbir üstünə gül dəstələri qoyulub.



    Tədbirdə çıxış edən iş adamı Cəlil Nağıyev 27 Sentyabr tarixinin milli-mənəvi önəminə diqqət çəkib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 6 il bundan öncə erməni işğalçılarına qarşı aparılan qalibiyyəti müharibənin tatrixi əhəmiyyətindən danışıb. Azərbaycanda şəhid ailələri və veteranlara dövlət qayğısının yüksək səviyyədə olduğunu bildirən iş adamı, dövlət başçısının şəhid ailələrinə, vətən müdafiəçilərinə olan münasibətinin, sevgi və ehtiramının hər bir vətəndaş üçün nümunə olduğunu vurğulayıb.




    150 nəfərə qədər vətəndaşın qatıldığı ehsan süfrəsində şəhid ailələri, qazilər, müharibə əlilləri, kənd ağsaqqalları və digər kateqoriyadan olan vətəndaşlar iştirak edib.

    İş adamı Cəlil Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ehsan süfrəsində iştirak edən şəhid ailələri və veteranlar dövlətimizin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib, minnətdarlıqlarını bildiriblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR