27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallının Birinci Yeddi Oymaq kənd məscidində millət vəkili Məşhur Məmmədov tərəfindən şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.
Tədbirdə Milli Məclisin deputatı Məşhur Məmmədov, kənd sakinləri, şəhid ailələri, şəhid yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub, onların ruhuna dualar oxunub.
Məşhur Məmmədov bildirib ki, şəhidlərin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün də örnəkdir.
Deputat vurğulayıb ki, şəhidlərin bizə əmanət etdiyi Vətən torpaqlarını qorumaq, dövlətə və xalqa layiqli xidmət göstərmək hər bir vətəndaşın müqəddəs borcudur.
Mərasimdə şəhid ailələrinə diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.