İlham Əliyev Canni İnfantinonu qəbul edib

FIFA turnirlərinə hazırlıq və futbol sahəsində əməkdaşlıq diqqət mərkəzində olub
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Dövlət başçısı Azərbaycanda futbolun inkişafına göstərdiyi dəstəyə görə FIFA prezidentinə təşəkkür edib.
Görüşdə gələn ay ölkəmizdə ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalına, eləcə də 2027-ci ildə təşkil olunacaq FIFA U-20 dünya çempionatına hazırlıq işləri barədə fikir mübadiləsi aparılıb.
İlham Əliyev Azərbaycanın bu tədbirlərdə iştirakının və ev sahibliyinin əhəmiyyətini qeyd edərək, onların regionda futbolun inkişafına töhfə verəcəyini bildirib.
Canni İnfantino Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının önəmini vurğulayıb və tədbirin dünya idman ictimaiyyətinin diqqətini cəlb edəcəyini deyib.
Tərəflər Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işləri və əldə olunan nəticələri də müzakirə ediblər.
Azərbaycan ilə FIFA arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib, tərəfdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.
Görüşdə AFFA-nın FIFA-nın fəaliyyətinə verdiyi dəstək də qeyd olunub.
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.