AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistanda azərbaycanlı qadınla bağlı araşdırma

  • + A
  • - A
  • Bu gün, 10:27

    Pakistanda azərbaycanlı qadınla bağlı araşdırma

    23 yaşlı qadının üç kişi tərəfindən zorlandığı bildirilir

    Pakistanda 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyevanın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.

    Diananın Lahor şəhərində qrup halında təcavüzə məruz qaldığı bildirilir.

    Məlumata görə, o, əvvəllər pakistanlı gənclə ailə həyatı qurub. Daha sonra qadının Şabir Əhməd adlı parça taciri ilə münasibətdə olduğu barədə iddialar yaranıb və nikah pozulub.

    İddialara əsasən, Şabir Əhməd və onun dostu Tövhid Batta Diananı fahişəliyə məcbur ediblər.

    Diana 2023-cü ildə Bakıda pakistanlı gənclə tanış olub. 2024-cü ilin dekabrında tərəflər arasında mübahisə baş verib. Qadın həmin şəxsin onu öldürməyə cəhd etdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib.

    Sonradan tərəflərin münasibətlərini bərpa etdiyi və Pakistanda nikaha daxil olduğu bildirilir.

    2025-ci ilin mayında Diana həyat yoldaşı ilə birlikdə Pakistana gedib. Feysalabadda yaşadığı müddətdə onun Şabir Əhmədlə münasibət qurduğu ehtimal olunur. Bundan sonra nikahın pozulduğu bildirilir.

    Daha sonra Diana Bakıya qayıdıb. 2026-cı ilin mayında isə yenidən Lahora gedib.

    İddialara görə, Şabir və Tövhid onu fahişəliyə məcbur ediblər. Ardınca Diana üç kişi tərəfindən zorlandığını bildirib və onların adlarını polisə təqdim edib.

    Hadisədən sonra bir neçə şəxsin saxlanıldığı bildirilir. Digər şübhəlilərin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər görülür.

    Faktla bağlı araşdırma davam edir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR