AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alptekin Cihangir İşbilir 44 günlük Zəfərin informasiya cəbhəsində Azərbaycan jurnalistlərinin rolundan yazıb

  • + A
  • - A
  • Bu gün, 13:03

    Alptekin Cihangir İşbilir 44 günlük Zəfərin informasiya cəbhəsində Azərbaycan jurnalistlərinin rolundan yazıb

    Türkiyədə nəşr olunan kitabda dezinformasiya ilə mübarizə və müharibə müxbirliyinin əhəmiyyəti diqqətə çatdırılıb

    Türkiyədə nəşr olunan kitabda İkinci Qarabağ müharibəsi zamanı azərbaycanlı jurnalistlərin və müharibə müxbirlərinin fəaliyyəti, onların dezinformasiya ilə mübarizədə rolu, eləcə də münaqişədən sonrakı dövrdə peşəkar hazırlığın gücləndirilməsi məsələləri təhlil olunub.

    Kommunikasiya müşaviri, Dr. Alptekin Cihangir İşbilir kitabda “Müharibə müxbirliyinin “qoruma” və “müdafiə” funksiyaları: Qarabağ, Suriya və Qəzza nümunələri” adlı bölmənin müəllifidir.

    Müəllif 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan və onun beynəlxalq dəstəkçiləri tərəfindən yayılan dezinformasiyaya qarşı Azərbaycanın yalnız döyüş meydanında deyil, informasiya və media sahəsində də fəaliyyət göstərdiyini qeyd edib.

    İşbilir Azərbaycanın cəbhədə əldə etdiyi üstünlüyü media və informasiya sahəsindəki fəaliyyətlə tamamlamasını beynəlxalq ictimaiyyət qarşısında dezinformasiya ilə mübarizənin nümunələrindən biri kimi qiymətləndirib.

    Kitabda müharibə dövründə media fəaliyyətinin əsasən cəbhə arxasında həyata keçirildiyi və bunun xəbər mənbələrinin daha çox rəsmi şəxslər, hərbi və mülki sözçülərlə məhdudlaşmasına səbəb olduğu bildirilib.

    Eyni zamanda, erməni dilini bilən bəzi azərbaycanlı müharibə müxbirlərinin Ermənistanın sosial media kanallarını izləməklə məlumatları yoxlamaq və müəyyən xəbərləri təsdiqləmək imkanına malik olduqları vurğulanıb.

    Müəllif Qarabağda jurnalistlərin üzləşdiyi mina təhlükəsinə də diqqət çəkib. Müharibədən sonrakı dövrdə minaların həm mülki əhali, həm də bölgədə fəaliyyət göstərən jurnalistlər üçün ciddi təhlükə olaraq qaldığı qeyd olunub.

    İşbilir müharibə müxbirliyinin əsas fəaliyyət istiqamətlərindən birinin minatəmizləmə prosesinin işıqlandırılması olduğunu bildirib. Onun fikrincə, media qurumlarının mina problemini gündəmdə saxlaması müharibə müxbirliyinin “qoruma” funksiyasına xidmət edir.

    Kitabda, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin işıqlandırılması məsələsinə toxunulub. Bunun jurnalistlərin münaqişələrin təhlili və müharibə müxbirliyi sahəsində peşəkar hazırlığının əhəmiyyətini artırdığı qeyd edilib.

    İşbilir azərbaycanlı jurnalistlərin Anadolu Agentliyi və Türkiyə Polis Akademiyasının birgə təşkil etdiyi müharibə müxbirliyi təlimlərində iştirakını da mühüm peşəkar təcrübə kimi qiymətləndirib.

    Bundan başqa, Azərbaycanın aparıcı media qurumlarının nümayəndələrinin Anadolu Agentliyi Akademiyasında “Münaqişələrin təhlili və müdafiə müxbirliyi” üzrə təlim keçdikləri bildirilib.

    Kitabda Türkiyə–Azərbaycan Media Platformasına da yer ayrılıb. Müəllif platformanı iki ölkə arasında ortaq ictimai diplomatiya mexanizmi kimi xarakterizə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR