Beyləqanda prokurorluq əməkdaşları təltif olunub

Peşə bayramı münasibətilə tədbir keçirilib
Beyləqanda Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.
Gənclər Evində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Beyləqan RİH başçısı Əziz Əzizov prokurorluq əməkdaşlarını təbrik edərək onların qanunçuluğun təmin olunması və hüquq qaydasının qorunmasında mühüm rol oynadığını bildirib.
Əziz Əzizov Ulu Öndər Heydər Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısını, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatları diqqətə çatdırıb.
Daha sonra bir qrup prokurorluq əməkdaşına Fəxri Fərmanlar təqdim edilib.
Tədbirdə Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov və Füzuli rayon hərbi prokuroru Elçin Hacıyev çıxış ediblər.
Beyləqan rayon prokuroru Elşad Əzimov təbrik və göstərilən diqqətə görə təşəkkür edib.
Sonda 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə ağsaqqallar təbrik olunub, onlara möhkəm cansağlığı və uzun ömür arzulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.