AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qızılqayada “Birliyin Gücü – 2026” təlimi

  • + A
  • - A
  • Bu gün, 14:40

    Qızılqayada “Birliyin Gücü – 2026” təlimi

    Təlimdə yüksəkvəzifəli hərbi rəsmilər iştirak edir

    “Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində oktyabrın 1-də Qızılqaya təlim mərkəzində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir.

    Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovla yanaşı, iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, digər yüksəkvəzifəli şəxslər və media nümayəndələri iştirak edirlər.

    Təlim iştirakçıları əvvəlcə sərgidə nümayiş etdirilən hərbi vasitələrlə tanış olublar. Sərgidə yeni silah və texnika nümunələri, pilotsuz sistemlər, aviasiya vasitələri və xüsusi hərbi avadanlıqlar təqdim edilib.

    Yüksək səviyyəli qonaqlar təlimin növbəti mərhələlərini və praktiki fəaliyyətləri də izləyəcəklər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR