AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Süni intellektin təhsildə tətbiqi: risklər nələrdir?

  • + A
  • - A
  • Bu gün, 15:59

    Süni intellektin təhsildə tətbiqi: risklər nələrdir?

    Ekspert müəllim və mütəxəssis hazırlığının vacibliyini vurğuladı

    Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanmış memorandum çərçivəsində Azərbaycanda süni intellektin təhsildə tətbiqinin genişləndirilməsi planlaşdırılır.

    Bu əməkdaşlıq şagirdlərin öyrənmə prosesinin təhlil edilməsinə, onların fərdi ehtiyaclarına uyğun material və tapşırıqların təqdim olunmasına imkan verə bilər.

    Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, süni intellektin təhsildə istifadəsi yeni imkanlarla yanaşı, müəyyən risklər də yaradır.

    Onun sözlərinə görə, şagirdlərin bütün məlumatları texnologiya vasitəsilə əldə etməsi onların müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

    Ekspert vurğulayıb ki, süni intellektdən istifadəni məhdudlaşdırmaq deyil, onun düzgün tətbiqini təmin etmək lazımdır.

    “Şagirdlərə bu texnologiyaların düzgün şəkildə öyrədilməsi lazımdır. Lakin şagirdləri bununla bağlı özbaşına buraxmaq, təbii ki, müəyyən fəsadlar yarada bilər”, – deyə o bildirib.

    M.Məmmədli qeyd edib ki, Azərbaycanda süni intellektin təhsilə inteqrasiyası üçün müəllimlərin və müvafiq sahə üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac var.

    “Əvvəlcə müəyyən hazırlıq işləri aparılmalıdır ki, təhsildə süni intellektdən istifadənin keyfiyyətinə nail ola bilək”, – ekspert əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR