AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 illik müəllimlikdən sonra işdən getdi

  • + A
  • - A
  • Bu gün, 10:46

    20 illik müəllimlikdən sonra işdən getdi

    Məktəb Aytəkin İmanovanın işdən çıxması ilə bağlı açıqlama yaydı

    Xətai rayonunda yerləşən Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin müəllimi Aytəkin İmanova işdən ayrılıb.

    Biologiya müəllimi sosial şəbəkə hesabında paylaşım edərək işdən çıxmasına səbəb kimi əməkhaqqının azlığını və sertifikasiya imtahanlarından narazılığını göstərib.

    O, 20 illik pedaqoji fəaliyyətinin ardından məktəbdən ayrılmaq qərarına gəldiyini bildirib.

    Məktəbdən isə qeyd edilib ki, Aytəkin İmanova 25 oktyabr 2006-cı ildən 11 sentyabr 2026-cı ilədək müəllim kimi çalışıb.

    Bildirilib ki, İmanova sentyabrın 10-da öz xahişi ilə işdən azad olunması barədə ərizə yazıb. Növbəti gündən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilib.

    Məktəbin məlumatına görə, müəllim az dərs yükü götürüb və bunu başqa peşələr, kurslar və təlimlərlə məşğul olması ilə izah edib.

    Açıqlamada əlavə olunub ki, müəllimlərin əməkhaqqı tədris etdikləri dərs saatlarının sayından asılı olaraq formalaşır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR