AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Sarkisyanı araşdırır

  • + A
  • - A
  • Bu gün, 11:14

    Ermənistan Sarkisyanı araşdırır

    Keçmiş prezidentin adı dövlət əmlakının satışı ilə bağlı cinayət işində hallanır

    Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkisyanla bağlı yeni cinayət işi açıb.

    Ermənistan KİV-inin yaydığı məlumata əsasən, araşdırma 2004-cü ildə dövlət əmlakının bazar qiymətindən aşağı məbləğə satılması ilə bağlıdır.

    İstintaqın diqqətində olan sövdələşməyə görə, müdafiə naziri vəzifəsində çalışan Sarkisyanın rəhbərlik etdiyi nazirliyin balansında olan “Vana Liç Dıraxt” istirahət zonası 500 min ABŞ dollarına fiziki şəxsə satılıb. Əmlakın bazar dəyərinin isə bir il sonra 700 min dollar olduğu müəyyən edilib.

    Bundan əlavə, əmlakın hüquqi əsas olmadan həmin şəxsə icarəyə verildiyi və sonradan 115 milyon dram qarşılığında onun mülkiyyətinə keçirildiyi bildirilir.

    Hadisə ilə bağlı cinayət işi üzrə araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR