Emin Əmrullayev müəllim seçimi ilə bağlı problemi açıqlayıb

Elm və təhsil naziri Emin Əmrullayev müəllimlik peşəsinə qəbulun keyfiyyətinin vacibliyindən danışıb.
Nazir Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib ki, təhsildə əsas məsələ şagirdlərin öyrənməsidir.
“Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır. Çünki işimizin mahiyyəti şagirdlər haqqındadır”, - deyə E.Əmrullayev vurğulayıb.
O qeyd edib ki, müasir müəllimdən yeni bacarıqlar tələb olunur. Nazir müəllimlik peşəsinə qəbul olunan tələbələrin məzunlar arasında hansı göstəriciyə malik olmasının mühüm əhəmiyyət daşıdığını bildirib.
E.Əmrullayevin sözlərinə görə, müəllimlik başqa peşəyə qəbul ola bilməyən şəxslərin seçimi olduğu halda, bu, ciddi problem yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.