Ramiz Mehdiyevin məhkəməsi başlayır

Keçmiş PA rəhbəri prosesdə videokonfransla iştirak edəcək.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə əsas məhkəmə iclası keçiriləcək.
Məhkəməyə hakim Murad Aslanov sədrlik edir.
88 yaşlı Ramiz Mehdiyev ev dustaqlığındadır. Səhhəti ilə bağlı məhkəməyə gəlməyəcək və iclasda videokonfrans vasitəsilə iştirak edəcək.
Prosesdə iş materiallarının çoxluğu və ittihamların çoxsaylı epizodlardan ibarət olması səbəbindən iki dövlət ittihamçısı iştirak edəcək.
İclas zamanı ittiham aktı elan olunacaq. Daha sonra təqsirləndirilən şəxsdən ittihamı qəbul edib-etmədiyi soruşulacaq. Ramiz Mehdiyevin sərbəst ifadə verməsi də gözlənilir.
Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlər, dövlətə xəyanət, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə məsuliyyətə cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.