AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda yeni istefalar gündəmdə

  • + A
  • - A
  • Bu gün, 13:33

    Ermənistanda yeni istefalar gündəmdə

    Ermənistanın Müdafiə Nazirliyi və digər güc strukturlarında yeni istefaların olacağı bildirilir.

    Ermənistanın “Hraparak” nəşri mənbələrinə istinadən yazıb ki, buna Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsi ilə bağlı hadisə səbəb olub.

    Nəşrin məlumatına görə, Azərbaycan hərbçisinin Sünik vilayətində saxlanılmasından bir neçə gün sonra Ermənistan MTX direktorunun müavini, general-mayor David Sanamyan vəzifəsindən azad edilib.

    Onun istefasının səbəbi rəsmən açıqlanmayıb. Bununla belə, yerli media bu qərarı Azərbaycan hərbçisi ilə bağlı hadisə ilə əlaqələndirir.

    “Hraparak”ın iddiasına görə, hadisə Ermənistanın güc strukturlarının fəaliyyətində bir sıra nöqsanları üzə çıxarıb. Bildirilir ki, sərhədin pozulması barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumlar arasında koordinasiya təmin edilməli və ərazidə genişmiqyaslı axtarış aparılmalı idi.

    Mənbələr yaxın vaxtlarda Müdafiə Nazirliyi və digər strukturlarda da istefaların baş verə biləcəyini iddia edir.

    Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, Nəsimi Rasim oğlu Musayev sentyabrın 26-da xidmət yerində olmayıb. Onun axtarışına başlanılıb.

    Aparılan tədbirlər nəticəsində hərbçinin Ermənistan ərazisində olduğu və saxlanıldığı müəyyən edilib. Ermənistan məhkəməsi onun barəsində 2 aylıq həbs qərarı verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR