AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah yağış yağacaq

  • + A
  • - A
  • Bu gün, 14:14

    Sabah yağış yağacaq

    Dağlarda qar, bəzi ərazilərdə dolu gözlənilir

    Azərbaycanda oktyabrın 7-də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında gecə və səhər yağışın intensivləşəcəyi, bəzi yerlərdə güclü yağacağı ehtimal olunur. Günün ikinci yarısında yağıntıların kəsiləcəyi bildirilir.

    Paytaxtda temperatur gecə 15-17°, gündüz 18-22° isti olacaq.

    Bölgələrdə arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv yağıntı, şimşək və dolu gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Gecə və səhər bəzi şərq rayonlarında yağıntılar güclənəcək.

    Havanın temperaturu rayonlarda gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 2-7°, gündüz 13-18° isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR