AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək

  • + A
  • - A
  • Bu gün, 11:58

    Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov oktyabrın 23-də saat 10:00-da Şuşa şəhərində Şuşa, Xankəndi, Xocalı və Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

    Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların oktyabrın 15-nə qədər rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) və ya "mygov" portalı vasitəsilə müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR