AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Strateji Tərəfdaşlıqda Yeni Dövriyyə: Azərbaycanın Mərkəzi Asiyaya Sədrliyinin Əhəmiyyəti

  • + A
  • - A
  • Dünən, 09:30

    Strateji Tərəfdaşlıqda Yeni Dövriyyə: Azərbaycanın Mərkəzi Asiyaya Sədrliyinin Əhəmiyyəti


    Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.görüşdə , 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə ilk dəfə sədrlik edəcək. Bu hadisənin həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri üçün hansı əhəmiyyəti olacaq?
    Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyinin sədri E Əsədovun fikirləri
    Qlobalaşan dünyada Azərbaycan indiyə qədər hansı beynəlxalq səviyyəli, çoxtərəfli formatlara sədrlik edibsə böyük faydalar verib. Bunu təsdiqləyən çoxlu sayda faktlar sadalamaq olar. İndi isə Azərbaycanın sözügedən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı və qarşıdakı ildə sədrliyinin təmin edilməsi həm bu platforma üçün, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyacaq: “Bu hadisə ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin institusional səviyyədə yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, Xəzər dənizi vasitəsilə regionla sıx bağlıdır. Tarixi-mədəni əlaqələr, enerji resursları, ticarət və nəqliyyat marşrutları Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsinə əlverişli şərait yaradır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır, bərpa olunan enerji sahəsində də əməkdaşlıq ardıcıl şəkildə genişləndirilir, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın geosiyasi əhəmiyyəti yalnız energetika və nəqliyyat sahələrində birgə layihələrlə məhdudlaşmır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakı və sədrliyinin ən əhəmiyyətli istiqamətlərindən biri siyasi dialoqun genişləndirilməsidir. Dövlət başçıları səviyyəsində mütəmadi əlaqələr Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud əməkdaşlığın daha sistemli xarakter almasına mühüm töhfə verir. Belə bir format həm ikitərəfli münasibətlərin, həm də çoxtərəfli təşəbbüslərin əlaqələndirilməsi üçün əlavə imkanlar yaradır və yaradacaq”.

    E Əsədov bildirirr ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat və logistika sahəsində sıx əməkdaşlıq var və əməkdaşlıq daha da genişlənəcək: “Xəzər dənizinin qərb sahilində yerləşməsi və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrində mühüm mövqeyə malik olması səbəbindən Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində əhəmiyyətli tərəfdaşdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və Şərq-Qərb nəqliyyat əlaqələri Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında tranzit və logistika əməkdaşlığında mühüm həlqəyə çevirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı və sədrliyi bu istiqamətdə regional layihələrin müzakirəsini və əlaqələndirilməsini daha geniş institusional çərçivəyə gətirəcək, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca infrastrukturun əlaqələndirilməsi, logistika prosedurlarının sadələşdirilməsi və yükdaşımaların səmərəliliyinin artırılması ilə bağlı məsələlərin birgə müzakirəsinə imkan verəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR