Nəsimi Musayevdən hadisə ilə bağlı iddia

Azərbaycan hərbçisi ifadəsində erməni ailəsinin üzvləri tərəfindən döyüldüyünü bildirib
Ermənistanda həbsdə saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə zamanı hadisənin başvermə şəraiti ilə bağlı öz mövqeyini açıqlayıb.
Ermənistanın “Joğovurd” qəzeti yazır ki, Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən heç kimə xəsarət yetirmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, ev sahibi Ani Avestisyan silahdan yapışdıqdan sonra atəş açmağa məcbur olub.
Qəzetin məlumatına görə, Azərbaycan hərbçisi daha sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü də iddia edib.
Ani Avestisyan isə istintaqa verdiyi ifadədə hadisə ilə bağlı fərqli iddialar səsləndirib.
Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılıb. Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Azərbaycan hərbçisi hazırda istintaq altındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.