AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.

  • + A
  • - A
  • Bu gün, 10:38

    Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.

    Bu barədə onun yaxınları məlumat yayıblar.

    74 yaşlı veteran hərbçinin Bakıda xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.

    Qeyd edək ki, Növrəstə Yusifova sovet dövründə Bakıda qülləli kran maşinisti kimi çalışıb. O, Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

    Atıcılıq idmanı ilə məşğul olan Yusifova 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yeri tutub.

    O, 17 mart 1992-ci ildə ilk qadın snayper kimi ordu sıralarında qeydiyyata alınıb və 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi iştirak edib.

    Hərbçilər arasında “Xalaqızı” ləqəbi ilə tanınan Növrəstə Yusifova 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri vəzifəsini icra edirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR