Yasamalda atla hərəkət edən şəxs saxlanıldı

Paytaxtın Yasamal rayonunda atla minik avtomobilinin toqquşması ilə nəticələnən hadisə baş verib.
Hadisə Yeni Yasamal yaşayış massivində, Mirzəyev və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib.
Məlumata görə, hadisə zamanı təhlükə yaradan və avtomobilə ziyan vuran S.Şükürlü polis əməkdaşları tərəfindən saxlanılıb.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.