AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlikdən hicabla bağlı yayılan məktuba açıqlama

  • + A
  • - A
  • Bu gün, 12:16

    Nazirlikdən hicabla bağlı yayılan məktuba açıqlama

    Tibb müəssisələrinə belə göstəriş verilməyib

    Azərbaycan Respublikası Media və Yayım Şurası və Səhiyyə Nazirliyi tibb müəssisələrində hicabın istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı yayılan məktubun saxta olduğunu bəyan edib.

    Birgə açıqlamaya əsasən, sosial şəbəkələrdə və mesajlaşma platformalarında yayılan sənəd Səhiyyə Nazirliyi tərəfindən hazırlanmayıb. Nazirlik tibb müəssisələrinə bu məzmunda hər hansı göstəriş verməyib.

    Bildirilib ki, saxta sənədin rəsmi yazışma kimi təqdim edilməsi cəmiyyətdə yanlış təsəvvür yarada bilər.

    Media və Yayım Şurası media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini yalnız yoxlanılmış məlumatları yaymağa, saxta sənədlərin paylaşılmasından çəkinməyə və dezinformasiyanın qarşısının alınmasına töhfə verməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR