Füzuli şəhərinə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Belə ki, həmin şəxslərnə 1030-dan çox şəxsin rayon ərazisində məşğulluğu təmin edilib. O cümlədən, köçürülmüş sakinlərdən 60 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Daha 70 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.