Hərbi hospitalda uğurlu ürək əməliyyatı

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı aparılıb.
Nazirlikdən verilən məlumata əsasən, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri olan hərbi qulluqçunun müayinəsi zamanı aortal qapağın ciddi çatışmazlığı, eləcə də aort kökü və qalxan aortanın genişlənməsi ilə xarakterizə olunan anevrizma aşkarlanıb.
Hərbi qulluqçuya Bentall əməliyyatı icra olunub. Əməliyyat çərçivəsində aortal qapaq protezlə əvəz edilib, aort kökü və qalxan aorta protez damarlarla dəyişdirilib. Eyni zamanda, tac arteriyalar yeni protez damara birləşdirilib.
Hazırda pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hərbi qulluqçu özünü yaxşı hiss edir və həkim nəzarəti altında sağalma mərhələsini davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.