Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib

Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Musayev Baş nazirin müavini təyin olunub.
Teymur Yusif oğlu Musayev səhiyyə naziri vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Teymur Musayev Baş nazirin müavini təyin olunub.
Qeyd edək ki, Teymur Musayev 2022-ci ilin yanvarından səhiyyə naziri vəzifəsini icra edirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.