AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan dövlətinə mənəviyyat keşikçiləri rəhbərlik edir

  • + A
  • - A
  • Bu gün, 17:01

    Azərbaycan dövlətinə mənəviyyat keşikçiləri rəhbərlik edir


    Türkiyədə bəzi şəxslərin Azərbaycana qarşı çıxış etməsi adamın xətrinə dəymir. Təbii ki, Azərbaycanın daxili işlərinə kiminsə qarışmağa haqqı yoxdur. Azərbaycana yaxınlaşan təhlükəni Azərbaycan qədər yaxşı kimsə görə bilməz. Cənab Prezident İlham Əliyev prezident olduğu bütün dövrlərdə demişdir: "Bizim daxili işimizə heç kim qarışa bilməz, heç kim bizimlə diktə dili ilə danışa bilməz". Prezident bu fikirləri həmişə səsləndirib; onlar yalnız indiki vəziyyətə və ya Türkiyəyə aid deyil.

    El arasında bir məsəl var, "qarı düşmən dost olmaz". Bunun əksi də keçərlidir. Necə? Azərbaycanla Türkiyə arasında elə dostluq və qardaşlıq bağları var ki, bu münasibətləri bənzətmə edərək belə ifadə etmək olar, "qarı dost düşmən olmaz". Azərbaycan və Türkiyə əbədi dostdurlar, qardaşdırlar, münasibətlərin korlanması mümkün deyil, ortada həqiqi qardaşlıq var. Cənab Ali Baş Komandan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan sözün əsl mənasında qardaşdırlar; aralarındakı səmimiyyət yüksək səviyyədədir. Azərbaycan dövlətinə mənəviyyat keşikçiləri rəhbərlik edir.

    Sancaq

    Qıfıl vuraq, vuraq sancaq,
    Bir-birini niyə sancaq?
    Bayraq eyni, eyni sancaq
    Bax, Türkiyə, Azərbaycan!

    Düşmən başı bomboş qazan,
    Hər yan quyu namərd qazan.
    Sən, ağlınla torpaq qazan
    Əhaliyə, Azərbaycan.

    Möhkəmləndin sən ordunda,
    Düşmənini tez yordun da,
    Xoş gəlirdin, öz yurdunda
    İlahiyə, Azərbaycan.

    PUA-ların moda düşdü,
    Düşmənlərin oda düşdü,
    Tulladın ki, o da düşdü
    Əraziyə, Azərbaycan.

    Mir Cəlal Mehdiyev

    Müəyyən hesablamaları və təhlilləri bir kənara qoysaq, insan bunu intuitiv olaraq da anlayır ki, münasibətlər mənəviyyat üzərində qurulub. Bu iki dövlətin arası dəysə, bu, bütün dünyanın bir-birinə dəyməsi deməkdir. Hesab edirəm ki, sülh, dostluq nümunəsi bu iki dövlətdən yayılacaq və dünyaya aşılanacaq. Türkiyə dünyada üç ən güclü ölkədən biridir, hərtərəfli inkişaf etmiş, dünya dövlətləri ilə uğurla ayaqlaşır. Başqa dövlətlərdə nəyisə görüb öyrənmək insanda qısqanclıq yarada bilər, insana, "niyə onlarda var, bizdə yoxdur" - sualını verdirə bilər. Amma Türkiyə dövlətinin varlığı nə yaxşıdır! Həm türk qardaşlarımızın təcrübəsindən bəhrələnirik, həm də qısqanclıq hissi keçirmirik.

    Azərbaycan-Türkiyə münasibətləri dünyanın təməlidir. Korlanmaz, korlanarsa Qiyamət gəlmişdir demək. Dünya buradan cənnətə dönəcəkdir. Hazırda Türkiyədə Azərbaycanın əleyhinə danışan çoxlu insan var, hamısının üzündə, gözündə Azərbaycana qarşı sevgi görünür sanki zarafat edirlər, bir az dəyişiklik istəyir, qısa müddətlik mehriban münasibətlərdən uzaqlaşmış kimi görünmək istəyirlər. Bu vəziyyət belə dostluğu daha da möhkəmləndirir.

    Bu da keçər...

    Hörmətlə,
    Mir Cəlal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR