AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bolqarıstan 2027-ci ilin yazında nəqliyyat bağlantısı üzrə sammit keçirməyi təklif edir

  • + A
  • - A
  • Dünən, 20:00

    Bolqarıstan 2027-ci ilin yazında nəqliyyat bağlantısı üzrə sammit keçirməyi təklif edir

    Bolqarıstan 2027-ci ilin yazında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Mərkəzi Asiya və Avropa arasında nəqliyyat-logistika əlaqələrinin inkişafına yönəlmiş bağlantı məsələləri üzrə sammit keçirməyi təklif edir.

    Bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev Çinin xarici işlər naziri Van Yi ilə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

    Baş nazirin sözlərinə görə, Bolqarıstan iqtisadiyyat və bağlantı sahəsində konkret layihələr vasitəsilə Çinlə strateji tərəfdaşlığı inkişaf etdirməyə hazırdır. Xüsusilə, tərəflər elektromobil istehsalı, energetika və kənd təsərrüfatına Çin investisiyalarının cəlb edilməsi imkanlarını müzakirə ediblər.

    Radev qeyd edib ki, 2019-cu ildə Çin sədri Si Cinpinlə birgə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub.

    "2027-ci ilin yazında Bolqarıstanda bağlantı məsələləri üzrə keçiriləcək sammit hökumətin təşəbbüsü ilə təşkil olunur. Onun məqsədi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Mərkəzi Asiya və Avropa arasında nəqliyyat-logistika əlaqələrinin inkişaf etdirilməsidir. Öz strateji mövqeyi sayəsində Bolqarıstan Asiyadan Avropaya "qapı" rolunda çıxış edərək, bu layihələrdə əsas yer tutur və nəqliyyat, enerji və rəqəmsal bağlantının genişləndirilməsinə kömək edir", - baş nazir yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR