AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bank sektorunda yeni təyinat

  • + A
  • - A
  • Bu gün, 12:09

    Bank sektorunda yeni təyinat

    Abdulhüseyn Ağayevin PAŞA Bankdakı vəzifəsi məlum olub.

    Abdulhüseyn Ağayev “PAŞA Bank” ASC-nin İT və kiberrisklərin idarə edilməsi bölməsinin rəhbəri təyin edilib.

    Yeni təyinatadək o, bankda İT auditi üzrə baş auditor vəzifəsində çalışıb.

    Ağayev 2025-ci ilin may-noyabr aylarında “Birbank”da informasiya təhlükəsizliyi üzrə GRC bölməsinin rəhbəri olub. Karyerası ərzində həmin qurumda baş İT təhlükəsizliyi mühəndisi, aparıcı İT təhlükəsizliyi administratoru və informasiya təhlükəsizliyi üzrə mütəxəssis kimi də fəaliyyət göstərib.

    O, 2019-2020-ci illərdə “Prosol” QSC-də kiçik SOC analitiki vəzifəsini tutub.

    Hazırda Abdulhüseyn Ağayev Azərbaycan Texniki Universitetində kibertəhlükəsizlik, şəbəkə və sistem təhlükəsizliyi, həmçinin texniki ingilis dili fənlərini tədris edir. O, Bakı Ali Neft Məktəbində də pedaqoji fəaliyyətlə məşğul olub.

    Məlumatı ilk olaraq “plat.az” saytı yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR