Prokurorluq sistemində kadr dəyişiklikləri

Binəqədi və Nizami rayon prokurorlarının vəzifələri dəyişdirilib. Şirvan şəhər prokuroru isə yenidən eyni vəzifəyə təyin olunub.
Baş Prokurorluqdan verilən məlumata əsasən, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Fuad Məmmədov Nizami rayon prokuroru, Pərviz İbayev isə Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
Həmçinin Kamal Talıbov ikinci səlahiyyət müddətinə Şirvan şəhər prokuroru vəzifəsində fəaliyyətini davam etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.