AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

  • + A
  • - A
  • Bu gün, 20:30

    Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
    Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin aparıcı analitik mərkəzlərindən biri olan "Macdonald-Laurier" İnstitutunun (MLI) Xarici Siyasət, Milli Müdafiə və Təhlükəsizlik proqramının direktoru, istefada olan general-leytenant Kristofer Koutsla görüşüb və söhbət zamanı əməkdaşlıq imkanları araşdırılıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

    "Macdonald-Laurier" İnstitutunun Xarici Siyasət, Milli Müdafiə və Təhlükəsizlik proqramının direktoru Kristofer Koutsla görüşmək, beynəlxalq siyasət və təhlükəsizlik barədə fikir mübadiləsi aparmaq, həmçinin gələcək dialoq və əməkdaşlıq imkanlarını araşdırmaqdan məmnun oldum", - paylaşımda bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR