AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixi Ədalətin və İnkişafın Təcəssümü: "Böyük Qayıdış" Proqramı

  • + A
  • - A
  • 27-09-2026, 18:23

    Tarixi Ədalətin və İnkişafın Təcəssümü: "Böyük Qayıdış" Proqramı


    Müəllif: Zakir Quliyev (Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri)

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa və quruculuq işləri müasir dünya tarixində bənzəri az görünen bir inkişaf modelidir. "Böyük Qayıdış" Dövlət Proqramı təkcə dağıdılmış şəhər və kəndlərin bərpası deyil, eyni zamanda milyonlarla soydaşımızın doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı dönüşünü təmin edən nəhəng bir sosial-iqtisadi layihədir.
    Cənab Prezidentin bilavasitə nəzarəti və təşəbbüsü ilə tətbiq edilən "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları regiona yeni həyat nəfəsi gətirir. Qısa müddətdə istifadəyə verilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları, yeni çəkilən magistral yollar, tunellər və dəmir yolu xətləri Qarabağ və Şərqi Zəngəzuru mühüm nəqliyyat və loqistika qovşağına çevirir.
    Sosial İnkişafa Yardım İctimai Birliyi olaraq xüsusi vurğulamalıyıq ki, bu layihənin mərkəzində insan amili durur. Sakinlərin müasir mənzillərlə, iş yerləri ilə, keyfiyyətli təhsil və səhiyyə imkanları ilə təmin olunması dövlətin öz vətəndaşına verdiyi yüksək dəyərin bariz nümunəsidir. "Böyük Qayıdış" layihəsi Azərbaycanın iqtisadi qüdrətini göstərməklə yanaşı, milli birliyimizin və sosial ədalətin təntənəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR