AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Taksi sürücüsü ilə mübahisə: Sərnişin xəsarət aldığını bildirir

  • + A
  • - A
  • Bu gün, 09:27

    Taksi sürücüsü ilə mübahisə: Sərnişin xəsarət aldığını bildirir

    Bakı-Sumqayıt yolunda “Bolt” şirkətinə məxsus taksinin sürücüsü ilə bağlı şikayət daxil olub.

    Vətəndaş Elvira Vəliyeva sürücünün onu hədələdiyini və zorakılığa məruz qoyduğunu iddia edir. O, bununla bağlı “TikTok” hesabında video paylaşıb.

    Şikayətçinin bildirdiyinə görə, hadisə ötən gün saat 23:50 radələrində, “Riyad” ticarət mərkəzinin ərazisində baş verib. Heyvan sığınacağından qayıdan qadın taksi tapa bilmədiyi üçün çatdırılma xidmətindən istifadə edib.

    Vəliyeva qeyd edib ki, mənzil başına çatmağa 3-4 dəqiqə qalmış ödənişlə bağlı mübahisə yaranıb. Tətbiqdə gedişhaqqının 4 manat göstərildiyini, sürücünün isə 7 manat tələb etdiyini bildirib.

    Onun iddiasına əsasən, əlavə ödənişdən imtina etdikdən sonra sürücü avtomobilin qapılarını kilidləyərək onu hədələyib. Qadın avtomobildən çıxmağa çalışarkən sürücünün sürəti artırdığını və qəfil tormozladığını, nəticədə yerə yıxılaraq başından və bədənindən xəsarətlər aldığını deyib.

    Vəliyeva hadisə zamanı içərisində elektronika aksesuarları və qızıl-zinət əşyaları olan çantasının avtomobildə qaldığını da bildirib.

    Şikayətçi 567 qeydiyyat nişanlı, BYD markalı taksinin sürücüsü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faktla bağlı ərazi polis orqanında araşdırma aparılır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR