Lerikdə qanunsuz qızıl axtaran şəxslərdən biri ölüb

Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran üç nəfər polis əməkdaşları tərəfindən müəyyən edilib.
Həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman R.Səfərov adlı şəxs qayalıqdan dərəyə yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.
Digər şəxs E.Kərimov saxlanılıb.
Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlanaraq götürülüb.
Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.