Xalq artistinin kürəkəni barəsində həbs qərarı verildi

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib.
APA-nın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsi Rüfət Qasımzadə və Məmməd Məmmədzadə barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham edilir.
DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan 36 yaşlı R.Qasımzadə və 37 yaşlı M.Məmmədzadə qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq etməkdə şübhəli bilinirlər.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Qeyd edək ki, Rüfət Qasımzadənin adı bu ilin fevralında da dələduzluq iddiaları ilə gündəmə gəlmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.