Tavuşda aşkarlanan azərbaycanlının kimliyi bəlli oldu

Ermənistan MTX-nin məlumatına görə, Tovuz sakini sərhədi yolu azaraq keçib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Tavuş vilayətində aşkarlanan azərbaycanlı vətəndaşla bağlı açıqlama yayıb.
Məlumata əsasən, həmin şəxs 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğludur. O, oktyabrın 19-da saat 17:50-də Tavuş vilayətində müəyyən edilib.
Bildirilib ki, Tovuz rayonunun Çatax kəndində yaşayan Yaşar Qasımov yoxlamalar zamanı yolu azaraq Ermənistan ərazisinə keçib.
Onun Azərbaycana geri qaytarılması üçün müvafiq işlərin aparıldığı qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.