AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zərifə Əliyeva küçəsində sağa dönmək niyə müzakirə yaradıb? AYNA cavab verdi

  • + A
  • - A
  • Bu gün, 12:26

    Zərifə Əliyeva küçəsində sağa dönmək niyə müzakirə yaradıb? AYNA cavab verdi

    Bakının Zərifə Əliyeva küçəsində sağa dönmə hissəsində yol nişanlanması ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Sürücülər üçün nəzərdə tutulan qırıq-qırıq xətlərin az olması diqqət çəkib. Paylaşımlarda bu vəziyyətin avtomobillərin sağa dönməsini çətinləşdirdiyi iddia olunur.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) açıqlama aldıq.

    Agentlikdən bildirilib ki, sözügedən ərazidə hər hansı uyğunsuzluq yoxdur. Sürücülər ictimai nəqliyyata yol verdikdən sonra zolaq dəyişərək sağa dönə bilərlər.

    AYNA vurğulayıb ki, qırıq-qırıq nişanlanma xətləri standartlara uyğun təşkil edilib. Xətlərin videoda tam görünməməsi çəkiliş bucağı ilə əlaqələndirilib.

    Bildirilib ki, intensiv hərəkət nəticəsində nişanlanma xətləri çirklənir və təmizlik işləri zamanı bu problem aradan qaldırılır.

    https://youtu.be/Gma1664Y8cY?si=gyRvOlmWx49ZWP5U


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR