Nərimanovda skuter sürücüsü qəzada ölüb

Bu gün saat 04:00 radələrində Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Aqşin Mirzəbəylinin idarə etdiyi “Toyota” markalı avtomobil skuter sürən 23 yaşlı Abdulla Əliyevi vurub.
Bildirilib ki, svetoforla nizamlanan piyada keçidində baş verən qəza zamanı A. Əliyev hadisə yerində həyatını itirib. Qəzanın kobud yol hərəkəti qaydası pozuntuları ilə müşayiət olunduğu qeyd edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş DYP İdarəsi skuter və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.