Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. oxu.az xəbər verir ki, eyni hadisə ilə bağlı daha əvvəl də protokol tərtib olunub. Məhkəmə hər iki işin bir icraatda birləşdirilməsinə qərar verib.
Vüqar Zeynalovun hansı qanuni tələbi yerinə yetirmədiyi hələlik məlum deyil. Maddəyə əsasən, vəzifəli şəxslər 1 200-2 500 manat cərimə oluna bilərlər.
Qeyd edək ki, Vüqar Zeynalov 2018-ci ildən Səbail rayonunun icra başçısıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.