AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağir cinayətlərdə ittiham edilən Ramiz Mehdiyevə şərti cəza verildi

  • + A
  • - A
  • Bu gün, 21:30

    Ağir cinayətlərdə ittiham edilən Ramiz Mehdiyevə şərti cəza verildi


    "Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiyev Ramiz Ənvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.

    Eləcə də, həmin hökmlə Mehdiyev Ramiz Ənvər oğlunun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

    Həmçinin hökmə əsasən, Mehdiyev Ramiz Ənvər oğlunun əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR