AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xırdalanda açıq qalan kanalizasiya quyusu sürücülərə problem yaradıb

  • + A
  • - A
  • Bu gün, 11:10

    Xırdalanda açıq qalan kanalizasiya quyusu sürücülərə problem yaradıb

    Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiya quyusunun dəmir barmaqlığının olmaması səbəbindən minik avtomobili quyuya düşüb.

    Hadisə Heydər Əliyev prospektində, “Rahat Market”in qarşısında baş verib. Avtomobilin ön təkəri barmaqlığı olmayan quyuya düşüb. Sürücü nəqliyyat vasitəsini çıxarmağa çalışsa da, buna nail olmayıb və kömək üçün müraciət edib.

    Şahidlər qeyd ediblər ki, ötən gün də həmin quyuya bir avtomobil və moped düşüb.

    Bakı və ətraf ərazilərdə kanalizasiya quyularının, eləcə də digər kommunikasiya lyuklarının qapaq və barmaqlıqlarının oğurlanması halları vaxtaşırı baş verir. Bu cür hadisələr yollarda təhlükəli vəziyyət yaradır. Məlumata görə, metal hissələr əsasən metal toplayan şəxslər tərəfindən oğurlanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR