AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı fəaliyyətə başladı

  • + A
  • - A
  • 23-10-2026, 15:45

    Mediasiya Şurasında ilk həmkarlar ittifaqı fəaliyyətə başladı

    Azərbaycanda Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb.

    Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən görüşdə qurumun son islahatları təqdim olunub, həmçinin bu istiqamətdə görülən işlərə dair film nümayiş etdirilib.

    Konfederasiya sədri Sahib Məmmədov çıxışında bildirib ki, həmkarlar ittifaqları sistemində rəqəmsal xidmətlərin tətbiqi genişlənir və üzvlər üçün sosial imkanlar artırılır.

    O qeyd edib ki, yeni təşkilatın yaradılması əmək hüquqlarının kollektiv müdafiəsini gücləndirəcək, sağlam əmək münasibətlərinin inkişafına və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək.

    Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov isə mediasiya institutunun inkişafı, mübahisələrin məhkəmədənkənar həlli və mediatorların peşəkar fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.

    Sonda Mediasiya Şurasının ilk həmkarlar ittifaqı təşkilatının Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinə üzvlüyünü təsdiq edən sənəd təşkilatın sədri Kamil Lətifova təqdim edilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR