AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda uşaq bağçasında zorakılıq iddiası araşdırılır – Cinayət işi başlanılıb

  • + A
  • - A
  • Bu gün, 16:02

    Bakıda uşaq bağçasında zorakılıq iddiası araşdırılır – Cinayət işi başlanılıb

    Bakının Badamdar qəsəbəsində yerləşən “EOS uşaq inkişaf mərkəzi”ndə azyaşlılara qarşı fiziki zorakılıq edildiyini əks etdirən videogörüntülər yayılıb.

    “Xəzər TV”də yayımlanan və sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanlarına müraciət edib.

    Bu barədə Komitənin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

    O bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən fakt üzrə cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının araşdırılması və hüquqi qiymətləndirilməsi üçün istintaq tədbirləri davam etdirilir.

    Qurum rəsmisi uşaqlara qarşı istənilən zorakılıq formasını pisləyərək onların təhlükəsizliyinin və hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırıb.

    Qeyd edək ki, valideynlər də məsələ ilə bağlı narazılıqlarını ifadə ediblər. Onlar övladlarının müəssisədə fiziki zorakılığa məruz qaldığını və ciddi psixoloji sarsıntı keçirdiyini iddia edirlər. Şikayətçilər aylıq 200 manat ödəniş etmələrinə baxmayaraq, uşaqlarına lazımi qayğının göstərilmədiyini bildiriblər.

    Ətraflı videomaterialda.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR