AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasını rəğbətlə qarşılayıblar

  • + A
  • - A
  • Bu gün, 10:30

    Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasını rəğbətlə qarşılayıblar

    "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik reyslərin sayını ikidən dördə çatdırması sərnişinlər tərəfindən məmnuniyyətlə qarşılanıb.

    Qrafik və əlavə reyslər vətəndaşlara səyahətlərini daha rahat planlaşdırmağa və imkanlardan səmərəli istifadə etməyə şərait yaradıb.

    Əlavə marşrut üzrə ilk reysin sərnişinlərindən olan Rüfət Süleymani jurnalistlərə bildirib ki, ötən dövrlərlə müqayisədə bilet qiymətləri daha münasibdir.

    Ailəsi ilə birlikdə səyahət etdiyini deyən R. Süleymani yeni gündüz reyslərinin uşaqlı ailələr üçün xüsusilə rahat, qatarların təmiz və yüksək şəraitə malik olduğunu vurğulayıb.

    Sərnişinlər həmçinin biletləri rəqəmsal platformalar üzərindən rahatlıqla aldıqlarını bildiriblər.

    Emil Fərhadov da reyslərin sayının artırılmasının önəmli addım olduğunu qeyd edib.

    O, yeni reyslərdə bilet qiymətlərinin münasib olduğunu deyib. Sərnişin qatarlarda göstərilən xidmətin yüksək səviyyədə olduğuna da diqqət çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR