Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı–Tbilisi marşrutu üzrə gündüz hərəkət edən əlavə qatar reysi 100 %-lik doluluqla yola düşüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq ADY-dən bildirilib.
Qeyd edilib ki, sərnişinlər bu marşrut ilə səfərə böyük maraq göstəriblər.
Qeyd edək ki, noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 2-dən 4-ə çatdırılıb. Belə ki, bununla yerlərin sayı 386-dan 564-ə çatdırılıb və bu da təxminən 50 %-lik artım deməkdir.
Yeni reyslər sərnişinlərə həm də gündüz səyahət imkanları təqdim edir. Belə ki, hər gün qatar Bakıdan 23:10 və 09:10-da, Tbilisidən isə saat 11:00 və 22:00-da hərəkət edəcək. Bakıdan Tbilisiyə minimum gediş haqqının 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.