AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran istiqamətindən Azərbaycana keçmək istəyən sərhəd pozucusu zərərsizləşdirilib

  • + A
  • - A
  • Bu gün, 11:19

    İran istiqamətindən Azərbaycana keçmək istəyən sərhəd pozucusu zərərsizləşdirilib

    Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

    DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı İran istiqamətindən Azərbaycan ərazisinə doğru hərəkət edən sərhəd pozucularını aşkar edib.

    Hadisə ilə əlaqədar sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi mühasirəyə alınıb və sərhəd pozuntusunun qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

    Bildirilib ki, sərhədçilərin “Dayan” əmrinə tabe olmayan şəxslər təqib edilib və xəbərdarlıq məqsədilə havaya atəş açılıb. Lakin sərhəd pozucularından biri silahlı müqavimət göstərərək sərhədçilərə atəş açıb.

    Həmin şəxsin saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq silah tətbiq edilib və o, zərərsizləşdirilib.

    Hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfinə məlumat verilib.

    Faktla bağlı cinayət işi başlanılıb. Hazırda DSX və Hərbi Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR